Mehriban Xanlarovanın bacısı İNSULT KEÇİRDİ: "Az qala ölürdü" - VİDEO

Hazırda oxunan: Mehriban Xanlarovanın bacısı İNSULT KEÇİRDİ: "Az qala ölürdü" - VİDEO

120490

Əməkdar artist Mehriban Xanlarovanın bacısı insult keçirib.  

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində məlumat verib.  

Xanlarova göz yaşı içində bildirib ki, bacısı Laləni həkim-nevroloq ölümdən qurtarıb:  

"Bacım Lalə az qala ölürdü (ağlayır). Həkim-nevroloqun sayəsində o, artıq yaxşıdır. Bacım insult keçirib. Hazırda Lalə yataqdadır. Nitqi getmişdi, indi yavaş-yavaş saymağa başlayıb. Qolunu yuxarı qaldırıb özü hərəkət edə bilir. Amma onun sağalacağına heç ümid yox idi. Bir tərəfi sanki, yox idi.
Amma müalicələrdən sonra səhhətində kifayət qədər irəliləyişlər var. Bacım insult keçirəndən iki gün sonra gəldim dedim ki, Lalə necəsən? Mənə baxdı, tanıdı və söylədi ki, “yaxşıyam”. Durduğu yerdə təzyiq yüksək oldu və insult keçirdi. Bacımın 63 yaşı var".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin