Vüsalə həbs olunan Təranədən DANIŞDI: "Həyatını sıfırdan qura bilərdin..." - VİDEO 

Hazırda oxunan: Vüsalə həbs olunan Təranədən DANIŞDI: "Həyatını sıfırdan qura bilərdin..." - VİDEO 

120483

“Dəfələrlə, o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri Vüsalə Əlizadə aparıcısı olduğu "7 canlı" axşam şousunda deyib.  

V. Əlizadə prodüser Təranə Səmədovanın növbəti dəfə həbs olunma xəbərini canlı efirdə səsləndirdikdən sonra hadisədən təəssüfləndiyini bu sözlərlə ifadə edib: "Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək, deyirlər. Çox təəssüf, Təranə... Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma... Allah qapısını açsın”.  
Qeyd edək ki, T. Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.  

Təranənin Suel və Adel adında iki qız övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin