14 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "Gəncə BK" və "Olimpik Şəki BK" basketbolçuları arasında 15-ci turdan təxirə salınmış oyun baş tutdu.
Bizim.Media xəbər verir ki, oyuna "Olimpik Şəki BK" üstün başlasa da, sonradan gəncəlilər üstünlüyü ələ alaraq oyunu 89-76 hesablı qələbə ilə tamamladılar.
Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Amil Həmzəyev - 21 xal, 12 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson - 22 xal, 8 ribaund )
Rəşad Rafiqoğlu, Bizim.Media