Xəbər verildiyi kimi, Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
İbtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media