Ağdamdan növbəti yardım Türkiyəyə yola salınıb - FOTO

Hazırda oxunan: Ağdamdan növbəti yardım Türkiyəyə yola salınıb - FOTO

120401

"Rayonda əsasən ərzaq toplanır. Ancaq digər lazım olan ləvazimatlar da gətirilir. Yerli müəssisə və təşkilatlar da daxil olmaqla, hər bir vətəndaş aksiyada fəallıq göstərir".

Bunu Bizim.Media-nın yerli bürosuna rayon sakini Maya Quliyeva bildirib. 

Maya Quliyeva şəhid Xalid Hassanın anasıdır. O, Türkiyədə fəlakət baş verəndən yaşadığı Ağdam rayonunda təşkil olunan "Qardaş dəstəyi" aksiyasında fəal iştirak edir. 
Onun sözlərinə görə, könüllü gənclər arasında azyaşlı uşaqlar da aksiyaya dəstək verir, gətirilən malların çeşidləmə və daşınmasına köməklik göstərirlər:

"Mən özüm də hər şeyini itirmiş köçkün ailəsinin övladı olmuşam. Həmin dövrlər qardaşlarımızın dəstəyi bizə yaşamaq üçün stimul verir, köməyimizə çatırdı. Məhz bu nöqteyi-nəzərdən bu aksiya qardaşlarımıza lazım olduğu qədər dəstək olacaq".

"Fikrimcə dünya Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin təkcə hökümətlərarası səviyyədə deyil, həm də xalqlarımız arasında olduğunu görməlidir. Bizim sivil xalq olaraq eyni soydan - qardaş olduğumuzu görməlidilər.

Elə hesab edirəm ki, millətimiz bunu bir daha sübut etdi " - deyən M.Quliyeva Türkiyədə təbi fəlakət baş verəndən sonra qardaş ölkəyə Ağdamdan sayca 4-cü TIR-ın yola salındığını deyib.
"Mən heç vaxt yardım deməzdim, bu bir qardaş dəstəyidir. Hər yola düşən maşını qürur gözyaşıları ilə yola salıram. Ümid edirəm ki, qardaş-bacılarımızın çətin günləri tezliklə bitər. Biz həmçinin, fəlakət bölgəsində evlərini itirmiş insanlara könüllü olaraq gedib xidmət göstərməyə hazır olduğumuzu bəyan edirik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!" 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin