“Zəlzələnin 3-cü günündə Türkiyənin ehtiyac duyduğu yardımların siyahısı ilə bağlı həm Prezident Administrasiyası, həm də Heydər Əliyev Fondu ilə birgə işlərə başladıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə səsləndirib.
“Keçən müddət ərzində bu istiqamətdə çalışmalarımızı günbəgün davam etdirdik. Bu günə qədər zəlzələ bölgəsinə Azərbaycandan 5624 çadır göndərilib. Bunların bir qismi 30 nəfərlik böyük çadırlardır.
Eyni zamanda, 25 minə yaxın adyal, 401 ton tibbi ləvazimət, 1297 generator, 6240 qızdırıcı bölgəyə göndərilib. Toplamda 737 ton qida məhsulu zəlzələ bölgəsinə çatdırılıb. Yardımların ümumi miqdarı 1541 tondur”, - deyə səfir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Region
14:27 / 14.02.2023
Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi AÇIQLANDI
120388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.