“Qardaş Azərbaycan yardım çağırışı gözləmədən hərəkətə keçdi” – Cahit Bağçı 

Hazırda oxunan: “Qardaş Azərbaycan yardım çağırışı gözləmədən hərəkətə keçdi” – Cahit Bağçı 

120386

“Zəlzələ baş verdiyi ilk anlardan etibarən, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlətimiz bütün gücü ilə səfərbər oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə səsləndirib.

“Valilərlə birgə zəlzələ bölgəsində fəaliyyətə start verildi. Dünya ölkələrinə yardım çağırışımızı gözləmədən qardaş Azərbaycan Prezident İlham Əliyevin təlimatı ilə hərəkətə keçdi.
Zəlzələ sabahı fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənə zəng edərək, zəlzələ bölgəsinə göndərilməsi üçün xilsaedici qrupların hazır vəziyyətə gətirildiyini və qısa müddət sonra bölgəyə yola düşəcəklərini bildirdi.

Zəlzələnin baş verməsindən 6 saat sonra Azərbaycandan ilk yardım təyyarəsi yola düşdü. İki gün ərzində ümumilikdə 3 təyyarədə 700-dən çox xilasedici və təlim keçmiş itlər zəlzələ bölgəsinə səfərbər edilmişdi”, - deyə səfir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin