Xırdalan şəhərində tikintisi davam etdirilən “Absheron City” yaşayış kompleksində yaranmış təhlükəli vəziyyətin görüntüsü yayılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, görüntülər ötən həftə - hava şəraitinin küləkli keçdiyi vaxtda çəkilib.
Videodan məlum olur ki, küləkli hava şəraitinə baxmayaraq binada fasad işləri davam etdirilir. Həmçinin güclü küləyin təsiri nəticəsində binanın dam örtüyünün bir hissəsi qopub və hissə-hissə uçaraq yerə düşüb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media