Seyran Ohanyan Ermənistanı tərk edə bilməyəcək - Təhlükəsizlik Xidmətində DİNDİRİLDİ

Hazırda oxunan: Seyran Ohanyan Ermənistanı tərk edə bilməyəcək - Təhlükəsizlik Xidmətində DİNDİRİLDİ

120339

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyan Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Ondan ölkəni tərk etməmək barədə yazılı iltizam (öhdəlik) alınıb 

Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qeyd olunur ki, Ohanyan cümə günü, fevralın 10-da başlanmış cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıb. Sabiq nazir ittihamı qəbul etmədiyini bildirərək yazılı ifadə verməyib. Bu məlumatı qəzetə sabiq nazirin özü təsdiqləyib.
Bundan əvvəl baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.

Xatırladaq ki, Baş Prokurorluğun hazırladığı işin materiallarına görə, Ohanyanın göstərişi ilə iki hərbi hissənin əraziləri və binaları bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. 

Torpaqlardan birinin real alıcısı bu bölmələrdən birinin komandiri Qriqori Xaçaturov olub, lakin formal olaraq ərazi onunla bağlı olan Edqar Arşakyanın adına yazılıb. Xaçaturovun real alıcı olmasını onun sonradan bu obyekti iki dəfə banka girov qoyması sübut edir.
Əsl alıcı Müdafiə Nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi şöbəsinin keçmiş rəisi Armen Akopyan olub.

Eyni zamanda, iş çərçivəsində Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin