İsrailin xarici işlər naziri Eli Kohen Türkiyəyə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı "Twitter"ində bildirib.
“Mən Türkiyəyə türk xalqı ilə həmrəy olduğumu bildirmək üçün gəlmişəm. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam. İsrail bu çətin zamanda Türkiyənin yanındadır və heyətimizin fəaliyyəti və humanitar fəaliyyətimizlə ona kömək etməyə davam edəcək", - deyə o, yazıb.
Bizim.Media