Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Çiyni kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi "TIR" toqquşub.
Nəticədə, 1 nəfər hadisə yerində ölüb, 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Bunlardan üçü- 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər Ucar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Bakı sakinləri olan iki bacı - 1963-cü il təvəllüdlü Məmmədova Sevda Aslan qızı, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə Aslan qızı və Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğlu Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu

