Rusiyanın 3 təyyarəsi Polşanın hava məkanını pozdu - Niderland Müdafiə Nazirliyi

Hazırda oxunan: Rusiyanın 3 təyyarəsi Polşanın hava məkanını pozdu - Niderland Müdafiə Nazirliyi

120312

Niderlandın 2 “F-35” qırıcısı Polşa yaxınlığında üç Rusiya hərbi təyyarəsini aşkar edərək onları hava məkanından “uzaqlaşdırıb”.

Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Niderland Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Rusiyanın iki Su-27 hücum təyyarəsi və bir İl-20M elektron kəşfiyyat təyyarəsi Kalininqraddan Polşaya uçaraq NATO-nun məsuliyyət zonasına yaxınlaşaraq hava məkanını pozub.
Niderlandın iki F-35 qırıcısı rus təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından “çıxarıb”.

Niderland Müdafiə Nazirliyi səkkiz F-35 qırıcılarının müvəqqəti olaraq Polşada olduğunu qeyd edib.

Xatırladaq ki, Kalininqrad Rusiyanın Baltik dənizi sahilində, NATO və Avropa Birliyinin üzvü olan Polşa və Litva arasında yerləşən anklavdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin