Zəlzələ bölgəsində təhsil alan tələbələrimiz Azərbaycan universitetlərinə köçürülə bilərmi? - TƏKLİF

Hazırda oxunan: Zəlzələ bölgəsində təhsil alan tələbələrimiz Azərbaycan universitetlərinə köçürülə bilərmi? - TƏKLİF

120180

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ağrı-acıları azaldıqca sabaha baxmaq ümidi güclənir. İndi hər kəs zəlzələ bölgəsində yaşayan insanların gələcəyi barədə danışır. Təbii ki, bu danışıqlarda çoxlarımızı maraqlandıran bir məsələ də var. O da zəlzələ bölgəsində təhsil alan Azərbaycanlı tələbələrin aqibətidir.

Doğrudur, Türkiyə dövləti bəyan etdi ki, ali məktəblərdə tədris dayanmayacaq, onlayn davam edəcək.

Belə olan təqdirdə maraqlı fikir ortaya çıxır. Bəlkə, zəlzələ bölgəsində təhsil alan Azərbaycanlı tələbələr Azərbaycan universitetlərinə köçürülsün?! 

Bu fikrin nəticələri həm dövlətimiz, həm universitetlərimiz, həm də ki, tələbələrin özləri və ailələri üçün də əlavə dividentlər yaradar.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimlinin də fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamsında o bunun əla fikir olduğunu bildirdi:

“Zəlzələ bölgəsindəki universitetlərdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi təqdir ediləsi addım ola bilər. Bunun üçün Elm və Təsil Nazirliyi və universitetlər gecikmədən hərəkətə keçməlidirlər.
Bildiyimiz kimi, zəlzələ bölgəsinin bərpası uzun illər çəkəcək. Və onlayn təhsilin keyfiyyəti də praktik tədrisin keyfiyyətindən geri qalır. Nəzərə alaq ki, Türkiyədə təhsil alan tələbələrin böyük əksəriyyəti ödənişli əsaslarla oxuyurlar. Əgər zəlzələ bölgəsindəki tələbələr Azərbaycan universitetlərinə köçürülsə həm dövlət, həm universitetlər və həm də valideynlər qazanar. Nəticədə, külli miqdarda vəsait ölkəmizdə qalar, həm də tələbələrin rahatçılığı təmin edilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin