Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”

Hazırda oxunan: Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”

12018

“Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zohrabyan Ermənistanın baş naziri Nikol Paşinyan məqsədyönlü şəkildə ölkəni vətəndaş müharibəsinə apardığını qeyd edib. 

Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, Zohrabyanın fikrincə, mövcud hökumətə dəstək üçün təşkil olunan mitinqlərin keçirilməsi sadəcə absurd görünür.

"Bu siyasi praktika çox axmaqca görünür, xüsusən də iqtidardakı qüvvə daim özünün ciddi reytinqə sahib olduğunu sübut etməyə çalışır", deyə xanım deputat qeyd edib.

Zohrabyan eyni zamanda, Gümrüdəki mitinq iştirakçılarının əhəmiyyətli bir hissəsinin Paşinyanın ailə üzvləri, dostları, qohumları və ya mövcud hökumət təmsilçilərinin, xüsusən də
“Mənim addımım” faraksiyasınında olan deputatların yaxınları olduğuna inandığını bildirib.

Naira Zohrabyan, hakimiyyətin siyasi repressiya və müxaliflərə təzyiq də daxil olmaqla öz ömrünü uzatmaq üçün hər addımı ata biləcəyini istisna etməyib.

“Çiçəklənən Ermənistan” partiyasının üzvü Paşinyanı və onun əzmkarlığını yaxşı tanıdıqlarını qeyd edib və bu gedişatın ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyini də istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin