Zəlzələdən sonra Bakıda həyət evləri BAHALAŞIB? 

Hazırda oxunan: Zəlzələdən sonra Bakıda həyət evləri BAHALAŞIB? 

120168

Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ Azərbaycanın əmlak bazarına da təsirini göstərib. İctimaiyyətdə yayılan söyləntilərə görə faciəvi hadisədən sonra Bakıda həyət evlərinin qiymətində bahalaşma müşahidə olunur. Yeni hündürmərtəbəli yaşayış binalarının təhlükəli olduğunu düşünən insanların daha çox həyat evlərinə üstünlük verdikləri deyilir.

Hətta çoxmərtəbəli binalarda yaşayanlar arasında evlərini satışa çıxaranların olduğu da bildirilir.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu tip məlumatları maraqlı və məqsədli insanlar yayır:

“Şaiyələrə inanmayın. Biz bazarda ay ərzində bütün məlumatları toplayıb gələn ayın 10-a qədər təhlil edirik, sonra ictimaiyyətə açıqlayırıq. Hələ zəlzələ cəmi bir həftədir baş verib. Bir həftəyə həyət evlərinin bahalaşdığını demək əsassızdır. Bahalaşma olduğunu kim və necə təhlil etdi? O məlumatları haradan topladılar? Deyilən sözlərə inanmaq lazım deyil. Gözləyin, bir ay tamam olsun, onu təhlil edək və mətbuata açıqlayaq”.  

Ekspert hazırda Azərbaycanda ev alqı-satqısında bina evlərinə üstünlük verildiyini də əlavə edib.

O qeyd edib ki, ümumiyyətlə Bakıda insanlar daha çox bina evlərinə üstünlük verirlər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin