Ağdaşın Qaradeyin kəndinin qaragünə qalan Ailə Sağlamlıq Mərkəzi - FOTOREPORTAJ

Hazırda oxunan: Ağdaşın Qaradeyin kəndinin qaragünə qalan Ailə Sağlamlıq Mərkəzi - FOTOREPORTAJ

120127

Bizim.Media-nın Aran bürosu bildirir ki, Ağdaş rayon Qaradeyin kəndində olan Ailə Sağlamlıq Mərkəzinin binası acınacaqlı vəziyyətdən qurtulacağı günü gözləyir. 

Binanın dam örtüyü, döşəməsi, qapı, pəncərələri və divarları yararsız vəziyyətdədir. 

Ötən əsrin 70 ci illərində istifadəyə verilən bina vaxtı ilə 4 kəndin 10 min nəfərə yaxın əhalisinə xidmət göstərib. Binanın hər an uçmaq təhlükəsi olduğundan kənd sakinləri tibbi müayinə və müalicə üçün rayon mərkəzinə getməli olurlar. Bu da insanlar üçün həm vaxt itgisi, həm də əlavə xərc deməkdir. 

Sakinlər bildirirlər ki, yağış yağanda binaya daxil olmaq müşkülə çevrilir. Binada heç bir qızdırıcı sistem olmadığından tibbi heyət odun sobasından istifadə etmək məcburiyyətindədir.  

Mərkəz binasının hazırkı, vəziyyəti ilə bağlı sakinlər dəfələrlə rayon icra hakimiyyətinə və müvafiq qurumlara müraciət etsələr də bu günə kimi binada heç bir təmir-bərpa işləri aparılmayıb. 
Mərkəzin tibbi heyəti binalarının tezliklə təmir olunacağı günü gizləyir. 

Mövzunu diqqətdə saxlayacağıq.


































Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin