Kadırovun köməkçisinə qarşı sui-qəsdə cəhd EDİLDİ 

Hazırda oxunan: Kadırovun köməkçisinə qarşı sui-qəsdə cəhd EDİLDİ 

120104

Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinova qarşı sui-qəsd cəhdi olub. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ramzan Kadırov öz teleqram kanalında açıqlayıb.  

Onun sözlərinə görə, fevralın 8-i general Alaudinova zəhərli maddəyə bulaşdırılmış zərf göndərilib. Alaudinov zərfin zəhərli olduğunu anlayıb və vaxtında tədbir görüb. Buna baxmayaraq, komandir xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin yaxşı olduğu bildirilir. 
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin