Yaponiya hökuməti Azərbaycana və Ermənistana humanitar yardım edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çin Kommunist Partiyası YAP-a vaksin hədiyyə etdi
Qeyd edilib ki, yardım 4.8 milyon dollar məbləğində nəzərdə tutulub, onun 1,2 milyon dolları Azərbaycana veriləcək.
Maliyyə vəsaiti BQXK və bir sıra digər beynəlxalq təşkilatlar vasitəsilə köçürüləcək.
Yardıma tibbi avadanlıqlar, ərzaq məhsulları da daxildir. Maliyyə vəsaiti Qarabağ bölgəsində xəstəxanaların, məktəblərin və yaşayış evlərinin bərpasına xərclənəcək.
Bizim.Media