Azərbaycanda Türkiyə bayrağına tələbat artıb.
Qardaş ölkədə baş vermiş zəlzələdən sonra Bakının küçələrində, evlərin eyvanlarında və “BakuBus” avtobuslarında Türkiyə bayraqlarının dalğalanması diqqət çəkir.
Bizim.Media bununla bağlı bir meçə mağazada olub. Satıcıların bildirdiynə görə, zəlzələdən sonra qardaş ölkənin bayrağının satışı çoxalıb.
Buna səbəb isə insanlarımızın çətin günlərdə Türkiyənin yanında olduqlarını və dəstəklərini bu şəkildə ifadə etmələridir. İndi insanlarımızın əlini, evlərinin balkon və pəncərələrini yenidən Türkiyə bayrağı bəzəyir.
Mağaza sahibləri də söyləyir ki, çox insan alış-verişə gəldiyi zaman ilk soruşduqları Türkiyə bayrağı olur. Bu səbəbdən dükanlarda bayraqlar bir qədər tükənib.
Bayraqların qiymətlərinin bahalaşmasına gəlincə, qiymətlərdə heç bir dəyişiklik olmadığı bildirilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 11.02.2023
Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI
Hazırda oxunan: Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI
Hazırda oxunan: Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI
119876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.