Ermənistan Türkiyənin və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə humanitar yardım göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib. Artıq Türkiyəyə humanitar yardım yükü quru sərhəddəki Marqara körpüsündən keçərək təyinat yerinə çatdırılıb.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan 30 ildir bağlı olan Türkiyə ilə sərhədi keçən Ermənistanın humanitar yardımı olan yük maşınlarının videosunu yayıb.
Qeyd edək ki, zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün Ermənistanın 29 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Suriyada, 27 nəfərdən ibarət qrupu isə Türkiyədədir.
Xatırladaq ki, Türkiyə 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ anklavı uğrunda gedən döyüşlərdə Azərbaycan ərazilərini ələ keçirməsindən sonra Ermənistanla sərhədini bağlayıb.
Lakin 2020-ci ildə Azərbaycan hərbi qüvvələrinin öz ərazilərini geri alması ilə bağlı Türkiyə-Ermənistan münasibətlərinin bərpası məsələsi müzakirə olunurdu.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 11.02.2023
30 ildir bağlı olan Ermənistan Türkiyə sərhədi AÇILDI - VİDEO
Hazırda oxunan: 30 ildir bağlı olan Ermənistan Türkiyə sərhədi AÇILDI - VİDEO
Hazırda oxunan: 30 ildir bağlı olan Ermənistan Türkiyə sərhədi AÇILDI - VİDEO
119819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.