“Bir zamanlar Çukurova” serialının aktrisası və qızı zəlzələdə HƏYATINI İTİRDİ - FOTO

Hazırda oxunan: “Bir zamanlar Çukurova” serialının aktrisası və qızı zəlzələdə HƏYATINI İTİRDİ - FOTO

119804

Türkiyənin məşhur “Bir Zamanlar Çukurova” serialının aktrisası Emel Atici və qızı Hande Püryan zəlzələdə həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Eyni serialda rol aldığı aktrisa Sibel Taşçıoğlu sosial hesabında həmkarı Emel Atıcıya "Əziz dostumuz Emel Atıcı, Allah rəhmət eləsin! Mekanı cənnət olsun!" deyərək üzüldüyünü bildirib.

Zəlzələdə dünyasını dəyişən aktrisanın qızı Hande Püryan üçün isə təhsil aldığı Beykoz Universiteti adından bu ifadələr yer alıb:

“Universitetimizin 2014-2015-ci il Mülki Hava Nəqliyyatının İdarəetmə proqramı məzunu Hande Püryan Atıcı və anasının ölümündən dərin hüzn keçiririk. Beykoz Universiteti ailəsi olaraq məzunumuz əziz Püryan və dəyərli anasına Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik", - deyə qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin