Türkiyədə baş verən dəhşətli zəlzələdə artıq 5-ci gündür ki, Fövqəladə Hallar Nazirliyinin bölgəyə göndərilmiş əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirir.
Bizim.Media-nın hazırda dağıntıların daha çox olduğu Kahramanmaraş şəhərində olan əməkdaşı FHN-nin əməkdaşı mayor Tofiq Səmədovdan bu günün statistikası ilə bağlı məlumat alıb.
MÖVZU İLƏ BAĞLI:
Kahramanmaraşda son durum necədir? - ÖZƏL VİDEOREPORTAJ
T. Səmədov bildirib ki, bu gün səhər saatlarında 6-sı kişi, 8-i qadın, 6-sı uşaq olmaqla, ümumilikdə 20 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN əməkdaşı qeyd edib ki, Kahramanmaraşda axtarış-xilasetmə işlərinə 740 nəfər xilasedicimiz cəlb olunub.
Əməkdaşımızın sözügedən ərazidən hazırladığı xüsusi reportajı sizə təqdim edirik:
Tehran Orucoğlu, Bizim.Media