Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi zonaların rezidentlərinin layihələrinin investisiya dəyəri 84 milyon manat təşkil edir.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkının rezidentləri öz müəssisələrinə 66 milyon manat, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentləri isə 18 milyon manat investisiya qoyublar.
"Beləliklə, Ağdam İqtisadi Zonasında bu müəssisələr tərəfindən təqribən 800, “Araz Vadisi İqtisadi Zonası”nda isə 250 daimi iş yerinin yaradılacağı gözlənilir. Bu günədək Ağdam Sənaye Parkında 12 rezident, “Araz Vadisi İqtisadi Zonası”nda isə 2 rezident və 1 qeyri-rezident qeydiyyatdan keçib", - o əlavə edib.
Bədirxanov bəzi rezidentlərin öz müəssisələrinin inşasını artıq bitirməkdə olduğunu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:54 / 10.02.2023
Qarabağın iqtisadi zonalarında rezidentlərin investisiya həcmi AÇIQLANDI
Hazırda oxunan: Qarabağın iqtisadi zonalarında rezidentlərin investisiya həcmi AÇIQLANDI
Hazırda oxunan: Qarabağın iqtisadi zonalarında rezidentlərin investisiya həcmi AÇIQLANDI
119719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.