Qarabağa yüksək ixtisaslı mütəxəssislər cəlb EDİLİR

Hazırda oxunan: Qarabağa yüksək ixtisaslı mütəxəssislər cəlb EDİLİR

119701

"Azərbaycan işğaldan azad edilmiş ərazilərə yüksək ixtisaslı mütəxəssislər cəlb edir".

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Zamin Bədirxanov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi zonasının rezidentləri, həmçinin, potensial investorları və sahibkarları üçün vergi güzəştləri nəzərdə tutulub.

Qanunvericilik səviyyəsində müvafiq dəyişikliklər artıq qəbul edilib, bəzi məsələlər isə yekun baxış mərhələsindədir.

"Biz, həmçinin, işəgötürmə prosedurlarının sadələşdirilməsi və işğaldan azad edilmiş ərazilərə yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi, eləcə də birdəfəlik müavinət məsələləri üzərində çalışırıq", - o deyib.

Bədirxanov işğaldan azad edilmiş ərazilərdə otel və mehmanxana xidmətlərinə görə nağdsız ödəniş etdikdə ƏDV-nin 30 faizinin, nağd ödəniş etdikdə isə beş faizinin geri qaytarıldığını qeyd edib.
"Sahibkarların dövlət təminatı hesabına maliyyə vəsaiti ilə təmin olunması məqsədilə subsidiyalar nəzərdə tutulub. Belə ki, sahibkar müəyyən məbləğdə kredit almaq istədikdə dövlət onun müəyyən bir hissəsi üçün zamin kimi çıxış edəcək", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin