Ned Prays: Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstəyimiz davam edəcək

Hazırda oxunan: Ned Prays: Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstəyimiz davam edəcək

119601

ABŞ hökumətinin Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstəyi davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

Prays qeyd edib ki, Türkiyənin Kahramanmaraş bölgəsində baş verən yeraltı təkanlar ötən əsrin ən şiddətli zəlzələləri sırasında yer alır.
O həmçinin, Türkiyədə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verib:

"Bu zəlzələ əsrin ən şiddətli zəlzələlərindəndir. 3 nəfər ABŞ vətəndaşı da daxil olmaqla çoxsaylı insan itkisi olub. Ölənlərin sayı hər keçən saat artır”.

Prays deyib ki, ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə telefonla danışıb və onlar ABŞ-ın zəlzələ bölgəsinə dəstəyini davam etdirməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Departament sözçüsü onu da əlavə edib ki, ABŞ-ın 200 nəfərlik yardım qrupu zəlzələ bölgəsində çalışır.

Ned Prays zəlzələdən zərər çəkən Suriyaya da yardım etdiklərini ifadə edərək sərhəd qapılarını humanitar yardıma açdığı üçün Türkiyəni təqdir etdiklərini vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin