Zəlzələdən sonra Türkiyəyə yardım göndərən ölkələrin SİYAHISI 

Hazırda oxunan: Zəlzələdən sonra Türkiyəyə yardım göndərən ölkələrin SİYAHISI 

119503

Fevralın 6-da baş verən ardıcıl yeraltı təkanlardan sonra böyükmiqyaslı dağıntılar baş verib. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyə hökuməti ilk saatlardan dünya ölkələrinə yardım üçün müraciət edib. Dünyanın müxtəlif yerlərindən bir sıra ölkə və təşkilatlar Türkiyədən gələn çağırışa müvafiq olaraq öz yardımlarını təklif ediblər.

Məlumata görə, bu günə qədər 65 ölkə yardım təklifi ilə çıxış edib və onlardan bir çox artıq xilasetmə əməliyyatlarında aktiv iştirak edir.

Bizim.Media həmin ölkələrin siyahısını təqdim edir:

Azərbaycan – Türkiyəyə ilk yardıma gedən ölkə məhz Azərbaycan oldu. Hazırda Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti, o cümlədən tibb heyəti zəlzələ bölgəsindədir. Eyni zamanda 7 təyyarə və onlarla TIR-dan ibarət yardımlar da qardaş ölkəyə göndərilib.

Yunanıstan - Hərbi nəqliyyat təyyarəsi 21 nəfərlik xilasetmə qrupu, iki xilasedici it və bir xilasetmə maşını, bir konstruktiv mühəndis, beş həkim və seysmik planlama mütəxəssisi ilə Türkiyəyə gəlib.

İsrail - İsrail ordusu yardım göstərmək üçün 150 mühəndis, tibb işçisi və digər yardım işçilərindən ibarət axtarış-xilasetmə qrupu göndərib.

Livan - Türkiyəyə 72 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Malayziya - Malayziyadan 70 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələlərdən sonra axtarış-xilasetmə fəaliyyətlərinə dəstək vermək üçün Türkiyəyə hərəkət edib.

Gürcüstan – Gürcüstan hökumətinin qərarı ilə 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu hazırda zəlzələ bölgəsindədir.

Bolqarıstan – 50 nəfərlik xilaetmə heyəti və 9 mühəndisdən ibarət heyəti Türkiyəyə göndərib.

Almaniya - 41 zabit və 7 itdən ibarət qrup Almaniyanın Köln şəhərindən yola düşüb.

ABŞ - 100-ə yaxın yanğınsöndürən və qəza-xilasetmə qüvvəsinin əməkdaşları ilə birlikdə altı xüsusi təlim keçmiş iti Türkiyəyə göndərib.

Fransa - Fransa Türkiyəyə 136 nəfərlik 2 axtarış-xilasetmə qrupu göndərib.

Ermənistan – Baş nazir Nikol Paşinyanın sərəncamı ilə 27 nəfərlik xilaetmə qrupu zəlzələ bölgəsinə göndərilib.

Ukrayna – Volodimir Zelenskinin sərəncamı ilə Türkiyəyə göndərilən birləşmiş axtarış-xilasetmə qrupu 87 nəfərdən ibarətdir.

İran – İran fevralın 7-də Təbriz hava limanından Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün bu ölkənin Qızıl Aypara Cəmiyyətindən 50 nəfərlik bir qrup göndərib.

Cənubi Koreya - 60 nəfərlik axtarış-xilasetmə qrupu və tibbi ləvazimat göndərməklə yanaşı 5 milyon dollar həcmində humanitar yardım göndərib.

Pakistan – 50 nəfərlik xilaetmə qrupu və 25 ton yardım Türkiyəyə yola salınıb.

Hindistan - Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin 100 nəfərlik şəxsi heyəti ilə birlikdə təlim keçmiş itlər artıq Türkiyədədir.

İsveçrə - 22 nəfərlik peşəkar xilasetmə qrupu artıq bölgədədir. Əlavə 80 nəfərlik qrupun da Türkiyəyə yola düşəcəyi rəsmi qaydada elan edilib.

İngiltərə - 76 nəfərlik xilasetmə qrupu Türkiyəyə yola salınıb.

Yaponiya – Zəlzələdən saatlar sonra Yaponiyanın ən peşəkar avadanlıqla təchiz edilmiş 75 nəfərə yaxın xilasedici dəstəsi artıq Türkiyədə idi.

İspaniya -  85 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu və bir könüllü yanğınsöndürən birliyi Türkiyəyə göndərilib.

Polşa - Türkiyəyə tam təchizatlı 76 yanğınsöndürən və 8 təlim keçmiş it göndərib.

Serbiya – 27 nəfərlik xilasetmə qrupu zəlzələ bölgəsindədir.

Moldova – 55 nəfərlik xilaetmə qrupu ölkə başçısı Mariya Sandu tərəfindən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyəyə göndərilib.

Qazaxıstan - Türkiyəyə onlarla tibb işçisi və xilasedici göndərib. Bundan əlavə, Qazaxıstan Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayıracaq.

Meksika – Ən böyük xilasetmə qrupu göndərən ölkələrdən biridir. 155 xilasedici zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyədədir.

İtaliya – İki təyyarə və bir gəmidən ibarət yardımla yanaşı bir xilasetmə qrupunu Türkiyəyə göndərib.

Çin - Çin Fövqəladə Hallar Nazirliyinin axtarış, xilasetmə və səhiyyə xidmətinin əməkdaşlarından ibarət 82 nəfərlik Çin komandası xilasetmə avadanlığı və ləvazimatları ilə yola düşüb.

Macarıstan – 55 nəfərlik xilasetmə qrupunu Türkiyəyə göndərib.

Avstriya – Bu ölkənin ordusunda xidmət edən 80 xüsusi riskli xilasetmə briqadası üzvü Türkiyəyə göndərilib.

Özbəkistan – Zəlzələnin baş verdiyi gün 100 nəfərlik xilasetmə qrupunu Türkiyəyə göndərib.

Rusiya – İki yardım təyyarəsi, 89 xilasedici və 11 nəfərlik həkim briqadasını zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün təlimatlandırıb.

Sadalanan ölkələrlə yanaşı, Avropa İttifaqı ölkələrindən olan Malta, Çexiya, Xorvatiya, Rumıniya, Hollandiya, Portuqaliya, Belçika, Latviya, Litva, Estoniya, Monteneqro da qardaş ölkəyə yardım göndərənlər sırasındadır. Bundan əlavə, Albaniya, Tayvan, Kosova, Misir, Avstraliya, Yeni Zellandiya, Tunis, BƏƏ, Küveyt və Əfqanıstan da Türkiyəyə maddi və texniki yardımlar göndərib.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin