Dövlət Komitəsində Laçına köç məsələsi müzakirə olundu

Hazırda oxunan: Dövlət Komitəsində Laçına köç məsələsi müzakirə olundu

119492

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kənd icması nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Bu məqsədlə icrasına başlanılmış Dövlət Proqramının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğunun təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Alxaslı kənd sakinləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər.
Onlar Laçın rayonunun, Zabux, Sus və digər kəndlərin, həmçinin Alxaslı kəndinin də tezliklə bərpa olunacağına əminliklərini ifadə edərək, hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.

Diqqətə çatdırılıb ki, həm gənc, həm də yaşlı nəsil Alxaslının dirçəldilməsi üçün əlindən gələni etməyə hazırdır.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin