İranın Bakıdakı səfirliyi İslam Respublikasının Milli Bayramı ilə bağlı rəsmi tədbiri ləğv edib.
Bu barədə Bizim.Media-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Behnam Məlikpur məlumat verib. O, tədbirin ləğv edilməsi səbəbini açıqlamayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi İslam inqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 10-da "Baku Mariott" mehmanxanasında rəsmi tədbir keçirməyi planlaşdırmışdı.
Hətta bununla bağlı rəsmi qurumlara dəvətnamələr də göndərilmişdi.
Bizim.Media