İran Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının müşahidəçiləri və Fransa jandarmlarının (Fransa Silahlı Qüvvələrinin tərkibində olan) yerləşdirilməsinin əleyhinə deyil.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səsləndirib.
Onun sözlərinə görə, digər ölkələr regionda təhlükəsizliyə və sülhə töhfə verə bilər:
“Problemlər region ölkələrinin iştirakı ilə həll edilməlidir. Bunun üçün qarşılıqlı dialoq və müzakirələr aparılmalıdır”, deyə o, qeyd edib.
Nazir, eyni zamanda vurğulayıb ki, İran və Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcək.
"Tezliklə Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. İranın Qafanda baş konsulluğunun açılması nümunəvi addım oldu", deyə o yekunlaşdırıb.
Bizim.Media