Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.
Düşən yağıntının miqdarı Astarada 25.0 mm, Şamaxıda 20.0 mm, Qax, Şəkidə 12.0 mm, Lerikdə 11.0 mm, Lənkəranda 10.0 mm, Oğuz, Şahbuzda 8.0 mm, Ləzə, Qəbələdə 7.0 mm, Zaqatalada 6.0 mm, Balakən, Yardımlıda 4.0 mm, Mingəçevir, Xınalıq, Naxçıvanda 2.0 mm, Şərurda 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Fevralın 8-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10-dək° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:21 / 09.02.2023
Bakıda temperatur iqlim normasından 1.5 dərəcə aşağı olub - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 1.5 dərəcə aşağı olub - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 1.5 dərəcə aşağı olub - FAKTİKİ HAVA
119370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.