Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
O, həmçinin Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Şurasının üzvlüyündən azad edilib.
Bu faktı Bizim.Media-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov təsdiq edərək bildirdi ki, Vüqar Səfərli partiyanın sıralarından xeyli əvvəl çıxarılıb:
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan Vüqar Səfərli ilə bağlı yeni açıqlama
“Əlbəttə, YAP bu gün cəmiyyətdə rolu və xidməti olan bir partiyadır. 750 min üzvdən 1-2 nəfərin bu tərzdə hər hansı bir cinayət törətməsi və yaxud hüquq-mühafizə orqanları tərəfindən saxlanılması partiyanın çəkisində xırda görsənir. Ona görə də bu, bizdə təəssüf doğurmur”.
Deputatın fikrincə, bütün partiya üzvləri nümunəvi olmalıdır:
“Ancaq kimsə prinsipləri bu şəkildə pozarsa, nizamnaməmizə uyğun şəkildə partiyadan xaric olunacaq”.
Xatırladaq ki, bir müddət əvvəl V.Səfərli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media