Ölkədə soğanın qiymətindəki artımın SƏBƏBLƏRİ – Qıtlıq, yoxsa digər səbəblər? - FOTO

Hazırda oxunan: Ölkədə soğanın qiymətindəki artımın SƏBƏBLƏRİ – Qıtlıq, yoxsa digər səbəblər? - FOTO

119283

Son günlər istər paytaxtda istərsə də bölgələrdə soğanın qiymətində kəskin bahalaşma müşahidə olunur. Belə ki, son 15-20 gün ərzində bu məhsulun qiymətinin bəzi bölgələrdə 2 dəfədən çox artdığı bildirilir. 

Bizim.Media-nın Aran bürosu olaraq Kürdəmir bazarında qiymət artımının səbələrini öyrənməyə çalışdıq. 

Müşahidələrimiz zamanı bazarda soğanın qiymətinin növündən və keyfiyyətindən asılı olaraq 1 manat və 1 manat 50 qəpik arasında dəyişdiyinin şahidi olduq.  

Bir neçə gün əvvəl 60-70 qəpiyə təklif olunan soğan bu gün alıcılara 1 manat 20 qəpik, 1 manat 50 qəpiyə satılır.  

Soğanın qiymətinin qısa zamanda bu qədər artması alıcılıq qabiliyyətinə daha çox təsir edib. Belə ki, satıcılar qiymət artımından sonra alıcılıq qabiliyyətinin 50 faizdən çox azaldığını deyirlər.  

Satıcılar deyir ki, qiymətin bahalaşması səbəbindən bir necə gün öncə 5-10 kiloqram soğan alan alıcı bu gün 2-3 kiloqramla kifayətlənir. Soğanın topdan satışı ilə məşğul olanlar isə qiymət artımını məhsulun xarici ölkələrə ixracı ilə əlaqələndirilər. Onların sözlərinə görə əgər məhsulun xaricə çıxmasının qarşısı alınarsa, daxili bazarda bolluq yaranar və bu da qiymətin enməsinə öz müsbət təsirini göstərər. 

Alıcılar isə soğanın bu qədər çox bahalaşmasından narazılıqlarını bildirir və  qeyd edirlər ki, belə davam edərsə, soğan almaq mümkün olmayacaq.  

Məsələ ilə bağlı ekspertlərin rəyini öyrənməyə çalışdıq. İqtisadçı ekspert Ruslan Atakişiyev Bizim.Media-nın yerli bürosuna bildirdi ki, ölkə bazarlarında hazırki, qiymət artımı müvəqqəti xarakter daşıyır. 

Ekspert onu da qeyd edir ki, son dövrlər soğanın qiyməti həm paytaxt Bakıda həm də regionlarda orta hesabla 1 manat, 1manat 50 qəpik arasında dəyişir: 

“Tendensiya onu göstərirdi ki, həm mövsümlə bağlı olaraq, həm də ölkədə soğan məhsulunun qıtlığı ilə əlaqədar qiymətin artması davam etməyə meyilli idi. Bunu nəzərə alaraq da Nazirlər kabineti müvafiq sərəncam imzaladı. Qərara əsasən soğan xarici ölkəyə ixrac olan zaman xüsusi razılıq alınması məhsullar siyahısına daxil olundu. İdxalla bağlı isə yəni prosedurların asanlaşması məsələsi önə çəkildi. 
Hesab edirik ki, ilk günlərdə bu, özünü göstərməsə də zaman keçdikcə daxili bazarda soğanın qiymətinin aşağı düşməsini müşahidə edə bilərik. Bu da onunla bağlıdır ki, artıq soğanın xarici ölkəyə ixracı məsələsi müvafiq qərardan dolayı çətinləşdiyinə görə həm daxili bazarın imkanları hesabına həm də idxal olunan soğan hesabına biz sözügedən mıhsulun bazarda bolluğu gözlənilir. O zaman isə artıq soğanın qiymətində ucuzlaşma müşahidə edə bilərik”. 








Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin