“Türkiyədəki zəlzələ dünyanın ən güclü zəlzələsidir” - Yaponiyalı PROFESSOR

Hazırda oxunan: “Türkiyədəki zəlzələ dünyanın ən güclü zəlzələsidir” - Yaponiyalı PROFESSOR

119236

Türkiyədə baş verən zəlzələ dünyada quruda baş verən ən böyük zəlzələlərdən biridir.

Bizim.Media xəbər verir ki, bunu Yaponiyanın Tohoku Universitetinin Beynəlxalq Fəlakət Elmləri Tədqiqatı İnstitutunun professoru Sinji Toda açıqlayıb.

“Türkiyədəki yeraltı təkanlar dünyada quruda baş verən ən böyük zəlzələlər arasına daxil oldu. Gözlənilməz dərəcədə böyük bir zəlzələdir”, - deyə o, əlavə edib.

Shinji zəlzələnin "enerji miqdarının" 1995-ci ildəki Böyük Hanşin-Avaji zəlzələsindən və 2016-cı il Kumamoto zəlzələsindən on dəfə çox olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin