Qusar, Quba və Siyəzəndə Türkiyəyə yardım kampaniyası başladı - FOTO

Hazırda oxunan: Qusar, Quba və Siyəzəndə Türkiyəyə yardım kampaniyası başladı - FOTO

119164

Qusar rayon İcra Hakimiyyəti Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım etmək üçün təşəbbüslə çıxış edib.

Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev Bizim.Media-ya açıqlama verib ki, rayonumuz da bu kampaniyadan kənarda qalmayacaq:

“Artıq zəlzələ ocağına humanitar yardım göndərilməsi üçün idarə, müəssisə və təşkilat rəsmilərinə göstəriş verilib. Onlara zəlzələ ocağında əsas vacib olan gərəkli əşyaların siyahısı təqdim edilib”.

Qusarda mərkəzləşdirilmiş qərargah yaradılması üçün işlərə başlanılıb və toplanan məhsul və malların qarşıdakı günlərdə Türkiyəyə göndərilməsi təmin ediləcək.

Qubada da qardaş Türkiyədə təbii fəlakət yaşayan insanlara yardım kampaniyasına mütəşəkkilliklə başlanılıb. Quba şəhərindəki Cümə məscidində yardımların toplanılmasına start verilib. Ayrı-ayrı şəxslər, Quba sakinləri, müxtəlif idarə və təşkilatçıların təmsilçiləri, hər təbəqədən olan insanlar zəlzələnin ağır fəsadı ilə üzləşən Türkiyə əhalisinə yardım üçün öz köməkliklərini əsirgəmirlər.

Din xadimi Anar Eyyubovun Bizim.Media-ya verdiyi məlumata görə, bu gün  saat 17-də Qubadan yardım dolu yük avtomaşını Türkiyəyə yola düşəcək.

Quba sakinləri, vəzifəli şəxslər arasında öz yardımını vəsait şəklində banklar vasitəsi ilə qonşu ölkəyə köçürənlər də var. Bir sözlə, qubalılar bu çətin günlərdə türk qardaşlarının yanında olduqlarını deyirlər.

Siyəzən rayon sakinləri də ölkədə könüllü və mütəşəkkilliklə başlanılan yardım kampaniyasına qoşulublar.

Bu gün səhərdən rayon sakinləri, vəzifəli şəxslər, icra hakimiyyətinin  və polis əməkdaşları, qazilər Türkiyədə zəlzələ ocaqlarına yardım kampaniyasında könüllü iştirak edirlər.

Məlumata görə, siyəzənlilər Azərsun şirkətinin müraciətinə qoşularaq topladıqları yardımları şirkətin mərkəzi anbarına göndərəcəklər.

Artıq ikinci yük avtomaşını doldurulur. Hər iki yük dolu avtomaşın zəlzələ ocağına göndərilmək üçün Azərsun şirkətinin mərkəzi anbarına daşınacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin