Acun da YARDIMA QOŞULDU

Hazırda oxunan: Acun da YARDIMA QOŞULDU

119134

Türkiyənin məşhur iş adamı və “TV 8” kanalının rəhbəri Acun İlıcalı dəhşətli təbii fəlakətdən zərər çəkən vətəndaşlara küllü miqdarda yardım edib.

Bizim.Media xəbər verir ki, bu haqda Haluk Levent sosial şəbəkə hesabında məlumat yayıb.

Sənətçi bildirib ki, Acun zəlzələ bölgəsinə 100 yük maşını göndərir.

Bununla yanaşı İlıcalı 5 milyonluq əşya və alınacaq qutuların içərisinin lazımi vəsaitlərlə doldurulması sözünü verib.

Qeyd edək ki, iki gün əvvəl Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb. Hadisə zaman 5 775 bina dağılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin