Gəncədə kişi ailə üzvlərinin üzərinə qaynar su tökdü

Hazırda oxunan: Gəncədə kişi ailə üzvlərinin üzərinə qaynar su tökdü

119113

Gəncədə ailə dramı yaşanıb. Evdə  münaqişə zamanı 3 nəfər yanıq xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Cavad Xan qəsəbəsində ailə münaqişəsi zamanı əsəblərini cilovlaya bilməyən Elşən Quliyev qayınanası 1970-ci il təvəllüdlü Nazakət Zeynalova, həyat yoldaşı 1994-cü il təvəllüdlü Elnarə Quliyeva və qızı 2013-cü il təvəllüdlü Səma Quliyevanın üzərinə qaynar su töküb. 

Zərərçəkənlər  bədənlərinin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yadım göstətilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin