"Qalatasaray"ın futbolçusu Mauro İkardi İstanbul klubunun tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, argentinalı hücumçu buna Superliqasının 22-ci turunda "Trabzonspor"a qalib gəldikləri matçda (2:1) qol vurmaqla nail olub.
O, "Qalatasaray"dakı ilk mövsümündə "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"a qol vuran yeganə oyunçudur.
Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan və "Qalatasaray"da icarə əsasında çıxış edən İkardi Superliqada bu mövsüm 10 oyuna 9 qol vurub, 6 qol ötürməsi edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:26 / 08.02.2023
İkardi "Qalatasaray"ın tarixinə düşdü
Hazırda oxunan: İkardi "Qalatasaray"ın tarixinə düşdü
Hazırda oxunan: İkardi "Qalatasaray"ın tarixinə düşdü
119102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.