Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə baş vermiş bütün fəlakətlərdən sonra qardaş Azərbaycandan yardım göstərilib:
"Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və işimizə görə bizi rahatlaşdırır.
İlk gələn ölkə Azərbaycan oldu. Hal-hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun".
Bizim.Media