Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.
Bizim.Media xəbər verir ki, yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
İctimai televiziya həmin ərazidən reportaj hazırlayıb.
Müxbirin sözlərinə görə, toplanan əşyalar və qida məhsulları yük avtomobili ilə axşam qardaş Türkiyəyə yola salınacaq.
Hazırda sözügedən ərazidə izdiham yaşanmaqdadır.
Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən Doğtaş mebel mağazasında saat 00:00-a qədər qəbul edilir.
Bizim.Media