Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 07.02.2023
Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar - FOTO
Hazırda oxunan: Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar - FOTO
Hazırda oxunan: Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar - FOTO
119027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.