Bakıdan Rusiya sərhədinədək çəkilən yeni avtomobil yolunun GÖRÜNTÜLƏRİ 

Hazırda oxunan: Bakıdan Rusiya sərhədinədək çəkilən yeni avtomobil yolunun GÖRÜNTÜLƏRİ 

118977

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29,9 kilometr) tikinti işləri sona çatdırılıb.

Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb.

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23,5 kilometrlik 2-ci (layihə üzrə 29,9-53,5 km) və 20 kilometrlik 3-cü (layihə üzrə 53,5-73,5 km) hissələri üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma işləri, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib.
Yolun 36-39 kilometrlik hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək, 39-60 kilometrlik hissəsində isə bir istiqamətdə asfalt-beton örtüyünün 1-ci qatı səviyyəsində tikinti işləri aparılıb.

Həmçinin 60-73,5 kilometrlik hissəsində torpaq yatağının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri davam etdirilir.

Magistralın 18,5 kilometrlik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsinin 73,5-81 kilometrində bir istiqamətdə asfalt-beton örtüyünün birinci qatı tikilib, eləcə də yolun 81-92 kilometrində isə torpaq yatağının, yol ötürücü və drenaj boruların, körpülərin tikintisi işləri görülüb.

Ümumilikdə, yolun 29,9-92 kilometrlik hissəsində suötürücü və ehtiyat boruların tikintisi yekunlaşdırılıb, torpaq yatağının, drenaj qurğuların, körpülərin tikintisi və yol geyimi işləri 86,4 faiz yerinə yetirilib.

Paralel olaraq yolun bütün hissələrində ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi işləri davam etdirilir.

Yeni magistralın 58 kilometrlik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə isə suötürücü və drenaj qurğuların, alt və ehtiyat keçidlərin tikintisi işləri başa çatdırılıb, yol geyiminin, ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi, yol avadanlıqlarının, mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri davam etdirilir.

Beşinci hissənin ilk 34 kilometrində qazma və dolğu işləri tamamlanıb, yol geyimi işləri, yəni hamarlayıcı lay, yol əsasının alt layı və əsas layın tikintisi işləri yekunlaşdırılıb, həmçinin asfalt-beton örtüyün aşınma layı 100 faiz həcmində inşa edilib.
Yolun 24 kilometrlik hissəsində isə asfalt-beton örtüyü aşınma layı da daxil döşənməsi bir istiqamətdə artıq başa çatdırılıb.

Yeni inşa edilən 150 kilometrlik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilir.

Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin