“Araz” supermarketlər şəbəkəsində BİABIRÇILIQ - 2024-cü ildə istehsal olunacaq məhsullar satılır?

Hazırda oxunan: “Araz” supermarketlər şəbəkəsində BİABIRÇILIQ - 2024-cü ildə istehsal olunacaq məhsullar satılır?

118966

Bakıda 2024-cü il “istehsalı olan” məhsulun satışı həyata keçirilir. Bu “Murad Aqro”nun “İslami kəsim toyuqları” məhsullarıdır. Beləki, istehsal olunan məhsulun üzərində istehsal tarixi 04.01.24, son istehlak tarixi isə 01.07.24-cü il göstərilib. Bu məhsullara alıcılar əsasən “Araz” supermarketlər şəbəkəsində rast gəlinib.

Məsələyə aydınlıq gətirmək üçün “Murad Aqro” MMC ilə əlaqə saxladıq.

Müəssisənin istehsalat müdiri Orxan Quliyev Bizim.Media-ya bildirib ki, hər ilin əvvəllərində tərəzilərdə yenilənmə olur:

“Bu ilin əvvəlindəki ilk iş günündə tərəzi tənzimlənərkən texniki xəta baş verib. Və xətanı biz bir qədər gec aşkar elədik. Xətanı aşkar edən kimi bizim distributer- “Veysəloğlu” şirkəti məlumatlandırılıb.
Xahiş etdik ki, texniki xətası olan bütün məhsullar satış məntəqələrindən geri yığılsın. Amma hardasa məhsullardan qalıb və bundan da bizim rəqiblərimiz yararlanmağa çalışıb, məsələni ictimailəşdiriblər”.

İstehsalat müdiri onu da qeyd edib ki, bu sırf texniki xətadır:

“Xətaya yol verənlərin də haqqında tədbir görülüb. Məhsulun keyfiyyətində heç bir problem yoxdur. Məhsullarımız hamısı AQTA-nın yoxlanışından keçir. Texniki qüsuru olan qabların ümumi həcmi isə təxminən 100 qutu olub”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin