“Space TV reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşviq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü.
Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- exniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis-yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Space” televiziyasının aparıcısı Turan İbrahimov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Televiziya ulduzu sözügedən televiziyanın rəhbəri Müşviq Hətəmovun kanaldan getməsini bu sözlərlə təsdiqləyib:
“Hazırda Space TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşviq Hətəmovu da çıxışçı kimi dəvət edin.
Düzdür, bunun üçün onun vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin. Yolun hər zaman açıq olsun, etibarlı insan!”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 07.02.2023
“Space” televiziyasından rəhbər dəyişikliyi ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: “Space” televiziyasından rəhbər dəyişikliyi ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: “Space” televiziyasından rəhbər dəyişikliyi ilə bağlı AÇIQLAMA - FOTO
118937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.