Nazirlər Kabinetinin 32 işçisinin bu gün koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.
Bizim.Media-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının həkim infeksionisti Heybətova Maisə jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda polislər peyvənd olunur - VİDEO
Onun sözlərinə görə, modul tipli xəstəxana vaksinasiya üçün ayrılıb:
"2 gündür artıq işlər başlayıb. Vaksinasiyaya tam hazırıq. Bu gün Nazirlər Kabinetinin 32 əməkdaşı peyvənd olunacaq".
M. Heybətova bildirib ki, Azərbaycana gətirilən vaksin tam təhlükəsizdir.
Bizim.Media