Türkiyəli müğənni Haluk Levent zəlzələdən sonra yardıma ehtiyacı olan şəxslərə köməklik edən məşhurların adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, musiqiçi həmkarları Mustafa Cecelinin 200 min, Edisin 400 min, aktyorlar Kıvanç Tatlıtuğun 200 min, Burak Dənizin 150 min, futbolçular Merih Demiralın 1 milyon, Mərt Hakanın 200 min, Emre Kılıçın 150 min, Hakan Balta və həyat yoldaşı Dərya Baltanın 300 min lirə ianə etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 1762-yə çatıb.
Zəlzələdə 12 min 68 nəfər xəsarət alıb, 5 min 606 bina dağılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:08 / 07.02.2023
Türkiyəli məşhurlar zəlzələdən sonra yardım üçün PUL TOPLAMAĞA BAŞLADILAR
Hazırda oxunan: Türkiyəli məşhurlar zəlzələdən sonra yardım üçün PUL TOPLAMAĞA BAŞLADILAR
Hazırda oxunan: Türkiyəli məşhurlar zəlzələdən sonra yardım üçün PUL TOPLAMAĞA BAŞLADILAR
118852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.