Radio aparıcılarının nitqi təkmilləşdirilməlidir - Monitorinq Mərkəzi təlimlərə başlayacaq - FOTO

Hazırda oxunan: Radio aparıcılarının nitqi təkmilləşdirilməlidir - Monitorinq Mərkəzi təlimlərə başlayacaq - FOTO

11884

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşəbbüsü ilə radio yayım şirkətlərinin rəhbərləri və tanınmış aparıcılarla onlayn görüş keçirilib.

Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Monitorinq Mərkəzi ilə radiolar arasında əməkdaşlığın və fikir mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva ədəbi dil normalarının qorunması məqsədi ilə radiolarda keçiriləcək monitorinqlərin qaydaları barədə məlumat verib.

Sevinc Əliyeva bildirib ki, Monitorinq Mərkəzinin əsas məqsədi dilin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir.

Odur ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə radiolarla da birgə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

O, monitorinqlərlə yanaşı, radio  aparıcılarının nitqinin təkmilləşdirilməsi məqsədilə yaxın zamanlarda təlimlərin keçiriləcəyi barədə məlumat verib.

Görüşdə radio rəhbərləri, aparıcılar əməkdaşlıqla bağlı öz fikir və təkliflərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin