"Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!” - Səfirdən PAYLAŞIM - FOTO

Hazırda oxunan: "Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!” - Səfirdən PAYLAŞIM - FOTO

118791

“Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb. 

“08 fevral 1919-cu il tarixində Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. 1992-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan diplomatik münasibətlərini bərpa edib, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açıblar.

Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab etməkdədir. 

Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində öz dövlətlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir. 
Birgə ağrı bizi daha güclü və daha inamlı etdi. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”, - o qeyd edib.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin