Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu YARADILDI

Hazırda oxunan: Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu YARADILDI

118774

Azərbaycan Mərkəzi Bankının (AMB) tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən "Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə" İşçi Qrupu yaradılıb. 

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, işçi qrup AMB-nin əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində tədbirlər planı çərçivəsində atılıb. 

Qeyd edək ki, işçi qrupunda bütün banklar təmsil olunur. İşçi qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrı-seçkiliyə yol verməməkdir. 
 
Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və işçi qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır. 
Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin