“İranın Azərbaycandakı səfirliyinin fəaliyyəti ilə bağlı biz tərəfdən heç bir rəsmi müraciət olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil: 
"Bu barədə hansısa bir qərar da yoxdur".
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							16:04 / 06.02.2023
							
						XİN rəsmisindən İran səfirliyinin Azərbaycandakı fəaliyyətilə bağlı AÇIQLAMA
						
							
								Hazırda oxunan: XİN rəsmisindən İran səfirliyinin Azərbaycandakı fəaliyyətilə bağlı AÇIQLAMA 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: XİN rəsmisindən İran səfirliyinin Azərbaycandakı fəaliyyətilə bağlı AÇIQLAMA 							
						118759
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































