Səfirliyə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb - XİN 

Hazırda oxunan: Səfirliyə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb - XİN 

118751

İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyin Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümatiş etdirilən videoçarxda qeyd edilib. 

Vasif Tağıyev videoçarxda bildirib ki, tapançadan açılan güllə onun çənəsindən girərək gözünün alt nahiyəsindən çıxıb. 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin